Sevgisiz insanı qanadsız quşa bənzədirlər.. Deyirlər Sevgisiz həyat rəngsiz şəkilə bənzər.. Ardında sevənlər üçün maraqlı bir test.. Görək kim sevdiyini daha yaxşı tanıyır?? Elə isə həmən xəbərin ardına keçək.. Allahdan bütün cavanlarımıza təmiz, göz yaşı qədər saf, unudulmaz və ən əsası əbədi Sevgi arzu edirəm..!!! Sevgilini tanıyırsan? Hər «hə» cavabına 5 xal, «yox» cavabına 0 xal yaz. Bilirsənmi? 1.Sevgilin səninlə gizli sirlərini bölüşür? 2.Onun sevdiyi rəng 3.Sevgilinin stresi necə atdığından xəbərin varmı? 4.Onun çəkisi nə qədərdir? 5.Sənin hansı xüsusiyyətinin onun xoşuna gəldiyindən xəbərin var? 6.Bəs sənin hansı xüsusiyyətinin onun xoşuna gəlmədiyini bilirsən? 7.Onun ən sevdiyi yeməkdən xəbərin var? 8.Onun xasiyyətinin ən zəif cəhətini bilirsən? 9.Onun işlərindən xəbərin var? 10.O nədən qorxur? Bilirsən? Nəticə: 40-50 xal Səni təbrik edirik! Sevgilini çox yaxşı tanıyırsan. Bu da o deməkdir ki, sən öz ailəni xoşbəxt etməyə qadirsən. 30-35 xal Nəticə pis deyil. Demək olmaz ki, sən onun xasiyyətinə yaxından bələdsən. Yaxşı olardı ki, onun xasiyyətinin digər xüsusiyyətlərinə də fikir verəsən. 20-25 xal Onu yaxşı tanıyırsan. Amma onunla daha çox vaxt keçirib və ona qarşı diqqətcil olmalısan. Onun sənin diqqətinə, sənin də onun xasiyyətini öyrənməyinə ehtiyacınız var. 20 xaldan aşağı Demək olar ki, onu ümumiyyətlə tanımırsan. Bu da o deməkdir ki, sən onunla az ünsiyyətdə olursan. Bu da münasibətlərinizin soyumasına gətirib çıxara bilər. | |||||||||
| |||||||||
|