CİB TELEFONLARI ARTIQ SU İLƏ İŞLƏYƏCƏK
Samsungdan cib telefonu inqilabı: Su ilə işləyən cib telefonu batareyaları istehsal ediləcək. Samsung, yeni bir mikro yanacaq hüceyrəsi və
hidrogen generatoru üzərində işlədiyini elan etdi. İnkişaf etdirilən yeni texnologiya, kiçik elektronik cihazlara (cib telefonu kimi) 10 saatdan çox enerji verə biləcək. Samsungun Araşdırma Mərkəzi başçı köməkçisi Yong-soo, bu texnologiyayla əlaqədar bunları ifadə etdi: - Telefon açıldığında, telefondakı metal və su hidrogen qazı çıxardacaq. Ardından qaz yanacaq hüceyrəsinə nəql ediləcək və havadakı oksigenlə qarşılaşdıqdan sonra güc istehsalı reallaşacaq . P.S. Nə deyirik ki, təki siz deyən olsun. Amma bu yeni texnologiya hər yerdə gözəl qarşılansa da, bir çox insanlar tapılıb ki, bu məsələyə açıqaşkar etirazını bildirib.Buna səbəb isə Əhmədli sakinləri telefonlarının batereyalarını doldurmaq üçün başqa qəsəbələrə getməlidilər. Çünki onlarda su olmur. | |||||||||
| |||||||||
|